Milli Bankda bəyan edirlər ki, vahid Avropa ödəniş zonasına qoşulmaq üçün zəruri olan qanunvericilik paketi üzərində uzun müddətdir ki, işləyirlər
Hər üç qanun layihəsinin sürətlə qəbulu Gürcüstanın Avropa İttifaqının vahid ödəniş sisteminə – SEPA sisteminə qoşulmaq istəyi və ambisiyası ilə bağlıdır, – bu barədə Milli Bankın vitse-prezidenti, Papuna Lejava bəyan etdi.
Elə onun dediyinə görə, Qanunlar kifayət qədər təkmilli hazırlanıb.
“Biz bu qanun layihələri qəbul ediləndən sonra ərizə verəcəyik və ümid edirik ki, noyabrda müraciətimizə baxıb müsbət cavab verəcəklər. Qısa müddətdə qanun layihələri hazırlanmayıb. Onlar uzun müddətdir işlənib hazırlanmışdır. Bazarla, həmçinin müxtəlif ekspertlərlə, o cümlədən beynəlxalq ekspertlərlə kifayət qədər uzun müzakirələr aparılırdı. Müvafiq olaraq, qanunlar kifayət qədər təkmilli hazırlanıb”, – Lejava bəyan etdi.