Milli Bank - yanvarda pul köçürmələrinin axınının həcmi 163,5 faizlə artıb
Milli Bank - yanvarda pul köçürmələrinin axınının həcmi 163,5 faizlə artıb

 

Milli Bankın məlumatında bildirilir ki, 2023-cü ilin yanvar ayında ölkəyə pul köçürmələrinin axınının həcmi 445,0 milyon ABŞ dolları və ya 1190,9 milyon lari təşkil edib ki, bu da 2022-ci ilin yanvar ayının analoji göstəricisindən 163,5%-lə, 276,1 milyon ABŞ dolları çoxdur.

Mərkəzi Bankın məlumatına əsasən xaricdən Gürcüstana pul köçürmələrinin 97,7%-i 21 ən böyük tərəfdaş ölkənin payına düşür və yanvarda bu ölkələrin hər biri üzrə pul köçürmələrinin həcmi 1 milyon ABŞ dollarını ötüb. Ötən ilin yanvarında ümumi pul köçürmələrinin 92,0%-i eyni 21 ölkənin payına düşüb.

Köçürmə statistikasına əsasən, ən böyük məbləğ – 267,62 milyon ABŞ dolları Rusiya Federasiyasından köçürülüb. İkinci yerdə 39,64 milyon dollarla İtaliya qərarlaşıb. Üçüncü yeri 28,59 milyon ABŞ dolları ilə Amerika Birləşmiş Ştatları, dördüncü yeri 18,07 milyon ABŞ dolları ilə Yunanıstan, beşinci yerdə isə 17,08 milyon ABŞ dolları ilə İsrail qərarlaşıb.

Bununla yanaşı, Milli Bankın məlumatına əsasən 2023-cü ilin yanvarında Gürcüstandan xaricə 26,3 milyon ABŞ dolları və ya 70,3 milyon lari göndərilib ki, bu da 2022-ci ilin yanvar ayının analoji göstəricisi ilə müqayisədə 12,7%-lə çoxdur.