Milli Bank - Xalis beynəlxalq investisiya mövqeyi əvvəlki rüblə müqayisədə 337,6 milyon ABŞ dolları yaxşılaşıb
Milli Bank - Xalis beynəlxalq investisiya mövqeyi əvvəlki rüblə müqayisədə 337,6 milyon ABŞ dolları yaxşılaşıb

 
Gürcüstanın xalis beynəlxalq investisiya mövqeyi 2023-cü ilin sentyabrın 30-na olan vəziyyətə görə 29,2 milyard ABŞ dolları (-78,3 milyard lari) təşkil edib , bu da son dörd rübün ÜDM-in -98,7 faizini təşkil edir (cari ilin iyunun 30-na olan vəziyyətə görə göstərici ÜDM-in -103,9 faizini təşkil edib) – məlumatı Milli Bank yayır.

Mərkəzi Bankın yaydığı məlumatda, xalis beynəlxalq investisiya mövqeyinin əvvəlki rüblə müqayisədə 337,6 milyon ABŞ dolları yaxşılaşdığı deyilir.

“2023-cü ilin sentyabrın 30-na olan vəziyyətə görə, ümumi beynəlxalq aktivlər 15,6 milyard ABŞ dolları (41,8 milyard lari) təşkil edir, bu da əvvəlki rüblə müqayisədə 386,5 milyon ABŞ dolları çoxdur.

Ümumi beynəlxalq öhdəliklər 44,8 milyard ABŞ dolları (120,1 milyard lari) təşkil edib, bu da əvvəlki rübün göstəricisindən 48,9 milyon ABŞ dolları çoxdur” -deyə Milli Bankın məlumatında deyilir.