Milli Bank - "VTB Bank"ın alınması ilə bağlı Milli Banka bir dənə də olsun icazə tələbi daxil olmayıb, istənilən sövdələşmə sanksiya tələblərinə və qanunvericiliyə əməl olunmaqla aparılacaq
Milli Bank - "VTB Bank"ın alınması ilə bağlı Milli Banka bir dənə də olsun icazə tələbi daxil olmayıb, istənilən sövdələşmə sanksiya tələblərinə və qanunvericiliyə əməl olunmaqla aparılacaq

 
Gürcüstan Milli Bankı, “VTB Bank”ın mümkün özgəninkiləşdirilməsi ilə əlaqədar rəsmi olaraq Milli Banka bir dənə də olsun icazə tələbinin daxil olmadığını açıqlayır.

Milli Bankda istənilən sövdələşmənin şəffaf şəkildə, yalnız beynəlxalq sanksiyaların tələblərinə və qüvvədə olan qanunvericiliyə tam əməl olunmaqla aparılacağını bildirirlər.

“VTB Bank”ın alınması ilə bağlı bir sıra maraqların olması bizə məlumdur, lakin rəsmi olaraq Milli Banka bir dənə də olsun icazə tələbi daxil olmayıb. Bu mərhələdə bizim konkret şirkətləri və adları açıqlamaq hüququmuz yoxdur. Lakin, istənilən sövdələşmənin şəffaf şəkildə, yalnız beynəlxalq sanksiyaların tələblərinə və qüvvədə olan qanunvericiliyə tam əməl olunmaqla aparılacağına sizi əmin edə bilərik. “VTB Bank”ın ABŞ Xəzinə Departamenti tərəfindən sanksiyaya məruz qalmasından irəli gələrək, onun alqı-satqısı ilə bağlı istənilən sövdələşməni tərəflər ABŞ Xəzinə Departamenti ilə razılaşdırmalıdırlar. Milli Bank yalnız bu razılıq halında əməliyyata razılıq verəcək” – deyə Milli Bankda qeyd edirlər.