Milli Bank virtual aktiv xidməti təminatının qeydiyyat qaydalarını təsdiq edib
Milli Bank virtual aktiv xidməti təminatının qeydiyyat qaydalarını təsdiq edib

 

Gürcüstan Milli Bankı virtual aktiv xidməti təminatının qeydiyyat qaydalarını təsdiq edib.

Milli Bankdan qeyd edildiyi kimi, “Gürcüstan Milli Bankında Virtual Aktiv Xidməti Təminatının qeydiyyatı, qeydiyyatdan çıxarılması və tənzimlənməsi qaydası”nın təsdiq edilməsində əsas məqsəd Gürcüstanda fəaliyyət göstərən virtual aktiv xidmətləri təminatçılarını, çirkli pulların yuyulmasının və terrorizmin maliyyələşdirilməsinin (AML/CFT) prevensiyasının təşviqi məqsədilə tənzimləməyə xidmət edir.

Milli Bankdan verilmiş açıqlamaya əsasən qayda virtual aktiv xidmətinin qeydiyyat tələblərini, administrator və mühüm səhmin birbaşa/dolayı, eləcə də benefisiar sahibin uyğunluq meyarlarını, baş ofis, filiallar, özünəxidmət köşkü, elektron sistem və çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin (AML/CFT) prevensiyasının təşviqi baxımından tələbləri, eləcə də qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla və Maliyyə Fəaliyyəti İşçi Qrupunun (FATF) tövsiyə və təlimatlarına uyğun olaraq qeydiyyatdan sonrakı öhdəlikləri nəzərdə tutur.

“Gürcüstan Milli Bankında Virtual Aktiv Xidməti Təminatının qeydiyyatı, qeydiyyatdan çıxarılması və tənzimlənməsi qaydası” 2023-cü ilin iyulun 1-dən qüvvəyə minəcək.