Milli Bank valyuta hərracında 60 000 000 ABŞ dolları satıb
Milli Bank valyuta hərracında 60 000 000 ABŞ dolları satıb

 
Milli Bank cari ilin iyunun 11-də keçirilmiş Gürcüstanın Milli Bankının valyuta hərracında 60 000 000 ABŞ dolları satıb. Məlumatı Gürcüstanın Milli Bankı yayır.

Onların verdiyi məlumatda, orta çəkili məzənnənin 2,8635 təşkil etdiyi deyilir.

Milli Bankda izah etdikləri kimi, sözügedən müdaxilənin məqsədi birdəfəlik böyük əməliyyatlar nəticəsində bazarın gözləntilərinə mümkün mənfi təsiri azaltmaqdır.

“Birdəfəlik böyük əməliyyatlar, xüsusən də maliyyə sektoru tərəfindən əvvəlki illərdə buraxılmış lari ilə denominasiya olunmuş öhdəliklərin ödənilməsi, dividendlərin ödənilməsi valyuta bazarında xarici valyutaya tələbi müvəqqəti artırır. Bu əməliyyatların məzənnənin həddindən artıq dalğalanmasına səbəb olmaması üçün Milli Bank zərurətə əsasən valyuta hərracları yoluyla bazara xarici valyuta çıxarır”- deyə Milli Bankda deyirlər.