Milli Bank valyuta hərracında 44 900 000 ABŞ dolları satıb
Milli Bank valyuta hərracında 44 900 000 ABŞ dolları satıb

 
Gürcüstanın Milli Bankı valyuta hərracında 44 900 000 ABŞ dolları satıb.

“Gürcüstanın Milli Bankının 2023-cü ilin oktyabrın 6-da keçirilən valyuta hərracında Milli Bank satışa 50 mln. ABŞ dolları çıxarıb. Hərracda 44 900 000 ABŞ dolları satılıb, orta çəkili məzənnə 2,6716 təşkil edib. Gürcüstanın Milli Bankından bildirildiyi kimi, valyuta hərracının məqsədəuyğunluğu məzənnəyə kəskin təsirin minimuma endirilməsi məqsədilə böyük birdəfəlik əməliyyatın aparılması ilə əlaqədar olub”-deyə Milli Bankın məlumatında qeyd olunur.

2023-cü ildə bu, Gürcüstanın Milli Bankının satış üçün vəsait çıxardığı beşinci hərracdır. Ümumilikdə, 2023-cü ildə Mərkəzi Bank valyuta hərracında 126 750 000 ABŞ dolları satıb.