Gürcüstan Milli Bankı valyuta hərracında 37 150 000 ABŞ dolları satıb.
“Gürcüstan Milli Bankının 2023-cü ilin sentyabrın 21-də keçirdiyi valyuta hərracında 37 150 000 ABŞ dolları satılıb, orta çəkili məzənnə 2,6884 olub”- deyə Milli Bankdan bildirilib.
Bundan əlavə, Gürcüstan Milli Bankının dünən, sentyabrın 20-də keçirdiyi valyuta hərracında Milli Bank 20 milyon dollar satıb.