Gürcüstan Milli Bankının 2023-cü ilin sentyabrın 20-də keçirilən valyuta hərracında Milli Bank 20 000 000 ABŞ dolları satıb, orta çəkili məzənnə isə 2,6841 təşkil edib. Bu barədə Milli Bank məlumat yayır.
Bu, 2023-cü ildə mərkəzi bankın vəsaiti satışa çıxardığı ikinci hərracdır.
MB ilk müdaxiləni bu ilin iyun ayında həyata keçirərək 17 100 000 ABŞ dolları satıb. Ümumilikdə, 2023-cü ildə Mərkəzi Bank valyuta hərracında 37 100 000 ABŞ dolları satıb.