Milli Bank valyuta hərracına çıxardığı 60 milyon dollardan 48 500 000 ABŞ dollarını satıb
Milli Bank valyuta hərracına çıxardığı 60 milyon dollardan 48 500 000 ABŞ dollarını satıb

 
Gürcüstanın Milli Bankının 2024-cü ilin oktyabrın 8-də keçirilmiş valyuta hərracında satışa çıxarılmış 60 milyon ABŞ dollarından 48 500 000 ABŞ dolları satılıb. Orta çəkili məzənnə 2,7194 təşkil edib.

Milli Bankda deyildiyi kimi, valyuta bazarında həddindən artıq dalğalanmaların və birdəfəlik iri əməliyyatların mənfi təsirini azaltmaq məqsədilə Milli Bank vaxtaşırı valyuta intervensiyalarına əl atır.

“Son günlərdə valyutaya həddindən artıq tələbat larinin məzənnəsinə əlavə təzyiq yaradıb, bu da əsasən birdəfəlik iri əməliyyatlar, konkret olaraq dividendlərin planlı verilməsi ilə əlaqədar olub. Mövcud təzyiqi yüngülləşdirmək üçün Milli Bank valyuta intervensiyası qərarını qəbul edib. Burada izah edirik ki, üzən məzənnə rejimi şəraitində məzənnə makroiqtisadi fundamental amillər əsasında formalaşır. Son dövrdə valyuta bazarında müşahidə olunan dalğalanmalar isə makroiqtisadi amillərlə əlaqəli deyil və müvafiq olaraq, belə dalğalanmalar qısamüddətlidir. Makroiqtisadi əsas amillər yenə də güclüdür – son üç il ərzində yüksək iqtisadi artım qeydə alınıb, 2023-cü ildən etibarən inflyasiya 3%-lik hədəfdən aşağıdır. Bununla yanaşı, xarici valyuta daxilolmaları güclüdür, bu da cari hesab kəsirini davamlı səviyyədə qoruyub saxlamağa kömək edir” – tənzimləyicidə izah edirlər.