Milli Bank valyuta hərracına çıxardığı 40 milyon ABŞ dollarından 32 305 000 dollar satıb
Gürcüstan Milli Bankı bugünkü valyuta hərracında 32 305 000 dollar satıb.
Gürcüstan Milli Bankının bu gün keçirilən valyuta hərracında MB tərəfindən satışa 40 milyon ABŞ dolları çıxarılmışdı və bu vəsaitdən 32 305 000 dollar satılıb.
Orta çəkili məzənnə 2,8983 səviyyəsində olub.
Cari ildə bu MB tərəfindən keçirilən altıncı valyuta hərracıdır.
Bununla yanaşı, Milli Bank bu il üçüncü dəfədir ki, valyuta bazarına dollar çıxarır. MB valyuta hərracına dolları ilk dəfə martın 9-da çıxarıb və hərracda 39 570 000 dollar satıb.