Milli Bank valyuta hərracına çıxardığı 20 milyon ABŞ dollarından 8 305 000 dollar satıb
Milli Bank valyuta hərracına çıxardığı 20 milyon ABŞ dollarından 8 305 000 dollar satıb

 
Gürcüstan Milli Bankı bugünkü valyuta hərracında 8 305 000 dollar satıb.

Gürcüstan Milli Bankının bu gün keçirilən valyuta hərracında MB tərəfindən satışa 20 milyon ABŞ dolları çıxarılmışdı və bu vəsaitdən 8 305 000 dollar satılıb.

Orta çəkili məzənnə 2,7961 səviyyəsində olub.

Cari ildə bu MB tərəfindən keçirilən beşinci valyuta hərracıdır. MB sonuncu valyuta hərracını avqustun 10-da keçirib və hərracda 40 milyon ABŞ dolları alıb.