Milli Bank – sentyabrda pul köçürmələrinin həcmi 1,1 faiz azalıb

12:33, 16.10.2024

Gürcüstan Milli Bankının məlumatına görə, 2024-cü ilin sentyabrında ölkəyə pul köçürmələrinin həcmi 283,39 milyon dollar və 767,3 milyon lari təşkil edib. Bu, 2023-cü ilin sentyabr ayının analoji göstəricisindən 1,1% və ya 3,0 milyon dollar azdır.

Milli Bankın məlumatına görə, xaricdən Gürcüstana pul köçürmələrinin 95,8%-i 23 ən böyük tərəfdaş ölkədən daxil olub və sentyabrda onların hər birinin pul köçürmələrinin həcmi bir milyon dolları keçib. Ötən ilin avqustunda bütün pul köçürmələrinin 95,3%-i eyni 23 ölkənin payına düşüb.

Köçürmə statistikasına görə, ən böyük məbləğ – 49,60 milyon dollar İtaliyadan köçürülüb, ikinci yerdə 49,03 milyon dollarla ABŞ, üçüncü yerdə 35,82 milyon dollarla Rusiya Federasiyası qərarlaşıb. Almaniya 25,52 milyon dollarla dördüncü, Yunanıstan isə 24,72 milyon dollarla beşinci yerdədir.

Oxşar