Milli Bank satışa çıxardığı 40 milyon dollardan cəmi 17,1 milyon dollar satdı
2023-cü il iyunun 2-də keçirilən valyuta hərracında Gürcüstan Milli Bankı satışa 40 mln. ABŞ dolları çıxartdı. Lakin hərracda cəmi 17 milyon 100 min dollar satılıb.
Milli Bankın məlumatına əsasən, orta çəkili məzənnə 2,6330 səviyyəsində olub.
2023-cü ildə bu, mərkəzi bankın satış üçün məbləği geri götürdüyü ilk hərrac və buna görə də ilk müdaxilədir.