Milli Bank  Qurucu David və Çariça Tamara mövzularında sikkələrin satışına başlayır
Milli Bank Qurucu David və Çariça Tamara mövzularında sikkələrin satışına başlayır

Gürcüstanın Milli Bankı numizmatik istiqaməti inkişaf etdirməyə davam edir və Gürcüstanın tarixini populyarlaşdırmaq məqsədilə “Gürcüstan çarları” kolleksiya sikkələri üzərində işi davam etdirir. Bu dəfə Qurucu David və Çariça Tamarın mövzularında beş lari nominalında qızıl və gümüş sikkələr təqdim olunub. David və Tamar sikkələrinin eskizləri açıq müsabiqə yolu ilə seçilib və onları Nita Qonqadze hazırlayıb.

David və Tamar sikkələri Litva Sikkəxanasında – 3000 tirajla gümüş sikkələr və 500 tirajla qızıl sikkələr zərb edildi. Gümüş sikkələrin qiyməti 110 lari, qızıl sikkələrin qiyməti isə 1 500 laridir.

“Ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq, sikkələri yalnız Gürcüstan Milli Bankının Pul Muzeyinin onlayn mağazası vasitəsilə əldə etmək mümkün olacaq və sikkələr mərhələli şəkildə satılacaq: David qızıl sikkələrin satışı 2021-ci il 16 noyabr tarixində 10:00-dan başlayacaq; David gümüş sikkəsinin satışı 2021-ci il 22 noyabr, saat 22:00-da başlayacaq; Tamar qızıl sikkəsinin satışı 2021-ci il 3 dekabr tarixində saat 10:00-dan başlayacaq; Tamar gümüş sikkəsinin satışı 8 dekabr 2021-ci il, saat 10:00-da başlayacaq.

“Sikkələrin daha çox maraqlanan şəxslərin istifadəsinə verilməsi üçün onlar məhdud şəkildə satılacaq – bir müştəri bir qızıl və bir gümüş sikkədən çox satın ala bilməz”, – Milli Bankdan bildiriblər.