Milli Bank - proqram dayandırılmayıb, lakin proqramın baxış-icmalının Valyuta Fondunun idarə heyətinə təqdimatı təxirə salınıb, fondla əməkdaşlıq davam edir
Milli Bank - proqram dayandırılmayıb, lakin proqramın baxış-icmalının Valyuta Fondunun idarə heyətinə təqdimatı təxirə salınıb, fondla əməkdaşlıq davam edir

 
Proqram dayandırılmayıb, lakin proqramın baxış-icmalının Valyuta Fondunun idarə heyətinə təqdimatı təxirə salınıb, fondla əməkdaşlıq davam edir-bu barədə Milli Bankdan Gürcüstanın Birinci Kanalına açıqlayıblar.

“Beynəlxalq Valyuta Fondunun da təsdiq etdiyi kimi, proqram dayandırılmayıb, lakin proqramın baxış-icmalının BVF-nin idarə heyətinə təqdim edilməsi təxirə salınıb.

BVF ilə əməkdaşlıq davam edir. Hazırda da Beynəlxalq Valyuta Fondunun missiyası ilə iş aparılır” -deyə Gürcüstanın Milli Bankından açıqlanıb.

Beynəlxalq Valyuta Fondunda maliyyə dəstəyi proqramının ikinci baxış-icmalının təxirə salındığını təsdiqləyirlər.