Milli Bank - Oktyabrda Gürcüstanda pul köçürmələrinin həcmi 13,7 faiz artıb
2021-ci ilin oktyabr ayında ölkə üzrə pul köçürmələrinin həcmi 206,7 milyon ABŞ dolları (649,0 milyon lari) təşkil edib ki, bu da 2020-ci ilin oktyabr ayının müvafiq dövrü ilə müqayisədə 13,7% (25,0 milyon ABŞ dolları) çoxdur.
Milli Bankın məlumatına görə, Gürcüstana pul köçürmələrinin 94,4%-i oktyabrda belə pul köçürmələrinin həcmi 1 milyon dolları ötmüş 20 ən böyük tərəfdaş ölkədən gəlir. Ötən ilin oktyabrında bütün pul köçürmələrinin 94,8%-i eyni 20 ölkənin payına düşüb.
Köçürmələrin statistikasına əsasən, ən böyük məbləğ Rusiya Federasiyasından – 36,25 milyon dollar, İtaliyadan – 33,05 milyon dollar, ABŞ-dan – 23,71 milyon dollar, Yunanıstandan – 19,18 milyon dollar, İsraildən – 15,28 milyon dollar köçürülüb.
Eyni zamanda, 2021-ci ilin oktyabr ayında Gürcüstandan xaricə 30,3 milyon ABŞ dolları (95,1 milyon lari) göndərilib ki, bu da 2020-ci ilin oktyabr ayı ilə müqayisədə (23,9 milyon ABŞ dolları) 26,9% çoxdur.