Milli Bankın yaydığı məlumata əsasən, 2023-cü ilin noyabr ayında ölkəyə pul köçürmələrinin həcmi 292,7 milyon ABŞ dolları və ya 792,2 milyon lari təşkil edib, bu da 2022-ci ilin noyabrın analoji göstəricisindən 43,8% və ya 228,4 milyon ABŞ dolları azdır.
Mərkəzi Bankın yaydığı məlumata əsasən, xaricdən Gürcüstana pul köçürmələrinin 96,2%-i 23 ən böyük tərəfdaş ölkənin payına düşüb, noyabrda onların hər biri üzrə pul köçürmələri 1 milyon ABŞ dollarını ötüb. Ötən ilin noyabrında ümumi pul köçürmələrinin 97,0%-i eyni 23 ölkənin payına düşüb.
Köçürmələrin statistikasına əsasən, ən böyük vəsait- 75,34 milyon ABŞ dolları Rusiya Federasiyasından köçürülüb; İkinci yerdə İtaliya qərarlaşıb – 42,80 milyon ABŞ dolları; Üçüncü yeri 40,75 milyon ABŞ dolları ilə ABŞ, dördüncü yeri 20,34 milyon ABŞ dolları ilə Almaniya, beşinci yeri isə 20,11 milyon ABŞ dolları ilə Yunanıstan tutur.
2023-cü ilin noyabr ayında Gürcüstandan xaricə 31,3 milyon ABŞ dolları, yəni 84,6 milyon lari göndərilib ki, bu da 2022-ci ilin noyabr ayının analoji göstəricisindən 0,5% azdır.