Milli Bank monetar siyasətinin dərəcəsini 0.5 faizlik punktla, 7.0 faizə qədər artırdı
Milli Bank bəyan edir ki, avqust ayında illik inflyasiya 4.9 faiz təşkil edirdi.
Gərəkdiyindən yüksək inflyasiya göstəricilərini bir neçə faktor şərtləndirir.
Məsələn, siqaret aksizinin vergisinin artması illik inflyasiyanın yüksəlməsinin əsas səbəblərindən biri olaraq qalır.
Milli Bankın monetar siyasət komitəsi bəyan edir ki, inflyasiyanın mübadilə kursundan yaranan mənfi təsirin zəyifləşməsinə qədər monetar siyasətini gücləndirməyə davam etməyə hazırdır.
Gürcüstanın Milli Bankı bəyan edir ki, mövcud olan iqtisadi proseslərə və maliyyə bazarlarına diqqət etməyə davam edəcək və əlində olan bütün resursları qiymətlərin stabilləşdirilməsinin təmin edilməsi üçün istifadə edəcək.
Monetar siyasət komitəsinin növbəti iclası 2019-cu ilin oktyabrın 23-də keçiriləcək.