Milli Bank - may ayı ilə müqayisədə iyunda bank sektorunda yerləşdirilən əmanətlərin həcmi 1,31 milyard lari artıb
Gürcüstan Milli Bankının hesabatına əsasən, 2023-cü ilin iyun ayının sonu üçün bank sektorunda yerləşdirilmiş qeyri-bank əmanətlərinin həcmi 46,79 milyard lari təşkil edib, bu da əvvəlki ayın sonundakı göstəricidən 1,31 milyard lari yəni 2,88%-lə çoxdur.
Mərkəzi Bankın yaydığı məlumata əsasən, iyun ayında əvvəlki ayla müqayisədə müddətli əmanətlər 1,50 milyon lari və ya 0,01%-lə azalıb, müddətsiz əmanətlər isə 1,31 milyard lari və ya 4,74%-lə artıb.
MB-ın hesabatına əsasən, 2023-cü ilin iyun ayının sonu üçün əmanətlərin lariləşdirmə nisbəti 49,23 faiz təşkil edib. Əvvəlki ayın sonu ilə müqayisədə əmanətlərin lariləşdirmə nisbəti 0,28 faiz bəndi azalıb.
Bundan əlavə, Milli Bankın göstəricilərinə əsasən, iyun ayında müddətli əmanətlər üzrə orta ölçülmüş bazar faiz dərəcəsi 8,45%, o cümlədən milli valyutada yerləşdirilmiş əmanətlər üzrə 10,91%, xarici valyutada olan əmanətlər üzrə isə 1,47% təşkil edib.
Xarici valyutada yerləşdirilmiş əmanətlərdə ABŞ dollarının payı 78,36%, avronun payı isə 19,17% təşkil edib.