Milli Bank - May ayı ilə müqayisədə iyunda bank sektoruna yerləşdirilən əmanətlərin həcmi milyard laridən çox artıb
Milli Bank - May ayı ilə müqayisədə iyunda bank sektoruna yerləşdirilən əmanətlərin həcmi milyard laridən çox artıb

 

Gürcüstanın Milli Bankının hesabatına əsasən, 2024-cü ilin iyun ayının sonu üçün bank sektoruna yerləşdirilən qeyri-bank əmənətlərinin həcmi 54,83 milyard lari təşkil edib, bu da əvvəlki ayın sonuna olan göstəricidən 1,85 milyard lari və ya 3,49 faizlə çoxdur.

Milli Bankın məlumatına əsasən, iyunda əvvəlki ayla müqayisədə müddətli əmanətlər 885,53 milyon lari və ya 3,84 faizlə, tələbli əmanətlər isə 965,10 milyon lari və ya 3,23 faizlə artıb.

Gürcüstanın Milli Bankının məlumatına əsasən, 2024-cü ilin iyun ayının sonu üçün əmanətlərin lariləşmə əmsalı 50,95 faiz təşkil edib. Əvvəlki ayın sonuna olan vəziyyətlə müqayisədə əmanətlərin lariləşmə göstəricisi 0,74 faiz bəndi artıb.

Bununla yanaşı, Milli Bankın göstəricilərinə əsasən, iyun ayında müddətli əmanətlər üzrə illik orta ölçülü bazar faiz dərəcəsi 6,83 faiz, o cümlədən milli valyutada yerləşdirilən əmanətlər üzrə 9,02 faiz, xarici valyutada yerləşdirilən əmanətlər üzrə isə 1,91 faiz təşkil edib. Xarici valyutada yerləşdirilən əmanətlərdə ABŞ dollarının payı 77,90 faiz, avronun payı isə 20,47 faiz təşkil edib.