Milli Bank - mart ayında Avropa İttifaqı ölkələrindən, əsasən də Polşa, Almaniya, Birləşmiş Krallıq və Latviyadan olan ziyarətçilərin sayı artıb
Milli Bank - mart ayında Avropa İttifaqı ölkələrindən, əsasən də Polşa, Almaniya, Birləşmiş Krallıq və Latviyadan olan ziyarətçilərin sayı artıb

 

Gürcüstan Milli Bankının göstəricilərinə əsasən, 2022-ci ilin mart ayında beynəlxalq ziyarətçilərin sayı əvvəlki illə müqayisədə 236,9 faiz artıb.

Onların verdiyi məlumata görə, turistlərin sayı ümumi ziyarətçilərin 84,5 faizini təşkil edib və illik 210,6 faiz artıb.

Milli Bankın məlumatına görə, hesabat ayında bir günlük səfərlərin sayı xeyli artıb.

“2021-ci ilin ikinci yarısından Gürcüstanda pandemiyanı cilovlayan tədbirlərin yumşaldılması və sərhədlərin açılması turizm sektorunun canlanmasına kömək etdi və xarici ziyarətçilərin sayı artmaqda davam etdi. 2022-ci ilin mart ayında ziyarətçilərin illik artımı 236,9 faiz təşkil etdi, lakin bu baza effekti ilə əlaqədardır, çünki 2021-ci ilin eyni dövründə turizm praktiki olaraq dayanmışdı. 2020-ci ilin mart ayı ilə müqayisədə isə 10,3 faiz az ziyarətçi ölkəyə daxil olub. Region ölkələrindən olan ziyarətçilərin artmasına ən böyük töhfə Türkiyə, Rusiya və Ermənistandan gələn ziyarətçilər verib.

Aİ ölkələrindən gələn ziyarətçilərin sayı demək olar ki, dörd dəfə artıb və bu göstərici ümumi artımın 16,1 faizini təşkil edib. Əsasən də, Polşa (3,0 faiz bəndi), Almaniya (2,4 faiz bəndi), Birləşmiş Krallıq (3,9 faiz bəndi) və Latviyadan (1,3 faiz bəndi) gələn ziyarətçilərin sayı artıb. Digər ölkələrə gəlincə, Səudiyyə Ərəbistanından gələnlərin sayı həm artım tempi, həm də ümumi artıma töhfə baxımından qeyd edilməlidir. Ötən ayda olduğu kimi, hesabat dövründə İsraildən gələnlərin sayı əhəmiyyətli dərəcədə artıb ki, bu da ziyarətçilərin ümumi artımında yüksək töhfəsi ilə seçilirdi” -deyə Milli Bankda bildirirlər.