Milli Bank Mamuka Xazaradze və Badri Caparidzeyə "TBC Bankın" sənədlərinə imzaları hüququnu dayandırdı
“TBC Bankın” Qəyyumlar Şurasının sədri, Mamuka Xazaradze və onun müavini, Badri Caparidzenin imzatma hüquqları dayandırıldı, – bu barədə Gürcüstan Milli Bankının bəyanatında deyilir.
“Gürcüstan Milli Bankı maliyyə bölməsinin sabitliyinə məsuliyətlə yanaşır. Kommersiya banklarının nəzarəti Gürcüstanda ən yaxşı beynəlxalq standartla müvafiq olaraq həyata keçirilir.
Milli Bank, iclasda müzakirə nəticəsində qərar qəbul etdi ki, “TBC Bankın” Qəyyumlar Şurasının sədri, Mamuka Xazaradze və onun müavini, Badri Caparidzenin imzaatma hüququ dayandırılsın”, – Gürcüstan Milli Bankında bəyan edirlər.
GMB-nın açıqlamasına görə, qərara səbəb “TBC Bankın” yoxlanılması zamanı aşkar olunan pozuntular faktıdır.