Milli Bankın yaydığı məlumatda bildirilir ki, 2023-cü ilin iyun ayında ölkəyə daxil olmuş pul köçürmələrinin həcmi 353,2 milyon ABŞ dolları və ya 924,5 milyon lari təşkil edib, bu da 2022-ci ilin iyunun analoji göstəricisindən 17,4%-lə və ya 74,2 milyon ABŞ dolları azdır.
Mərkəzi Bankın yaydığı məlumatda qeyd olunur ki, xaricdən Gürcüstana pul köçürmələrinin 97,1%-i 25 ən böyük tərəfdaş ölkənin payına düşür, iyunda bu ölkədən pul köçürmələrinin həcmi bir milyon ABŞ dollarını ötüb. Ötən ilin iyun ayında bütün pul köçürmələrinin 97,1%-i eyni 25 ölkənin payına düşüb.
Köçürmələrin statistikasına əsasən, ən böyük məbləğ – 129,31 milyon ABŞ dolları Rusiya Federasiyasından köçürülüb. İkinci yerdə 42,93 milyon ABŞ dolları ilə İtaliya qərarlaşıb. Üçüncü yerdə 38,73 milyon ABŞ dolları ilə ABŞ, dördüncü yerdə 20,28 milyon ABŞ dolları ilə Yunanıstan, beşinci yerdə isə 20,19 milyon ABŞ dolları ilə Almaniya qərarlaşıb.
Bununla yanaşı, Milli Bankın yaydığı məlumatda bildirilir ki, 2023-cü ilin iyun ayında Gürcüstandan xaricə 28,8 milyon ABŞ dolları və ya 75,5 milyon lari göndərilib , bu da 2022-ci ilin iyun ayının analoji göstəricisindən 2,5%-lə azdır.