Milli Bankın yaydığı məlumata əsasən 2023-cü ilin iyul ayında ölkəyə daxil olmuş pul köçürmələrinin həcmi 301,1 milyon ABŞ dolları və ya 782,0 milyon lari təşkil edib, bu da 2022-ci ilin iyul ayının analoji göstəricisindən 1,6% və ya 5,0 milyon ABŞ dolları azdır.
Mərkəzi Bankın məlumatına görə, xaricdən Gürcüstana pul köçürmələrinin 96,6%-i 25 ən böyük tərəfdaş ölkədən daxil olub və iyulda bu ölkələrin hər birindən pul köçürmələrinin həcmi 1 milyon ABŞ dollarını ötüb. Ötən ilin iyulunda ümumi pul köçürmələrinin 93,7%-i eyni 25 ölkənin payına düşüb.
Köçürmələrin statistikasına əsasən, ən böyük məbləğ – 73,82 milyon ABŞ dolları Rusiya Federasiyasından köçürülüb. İkinci yerdə 45,34 milyon dollarla İtaliya qərarlaşıb. Üçüncü yerdə 40,03 milyon dollarla ABŞ, dördüncü yerdə 21,64 milyon dollarla Yunanıstan, beşinci yerdə isə 20,54 milyon dollarla Almaniya qərarlaşıb.
2023-cü ilin iyul ayında Gürcüstandan xaricə 28,4 milyon ABŞ dolları və ya 73,7 milyon lari göndərilib ki, bu da 2022-ci ilin iyul ayının analoji göstəricisindən 2,5% çoxdur.