Milli Bank - iyul ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə Gürcüstanda pul köçürmələrinin həcmi 46,8 faiz artıb
Milli Bank - iyul ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə Gürcüstanda pul köçürmələrinin həcmi 46,8 faiz artıb

 

2022-ci ilin iyul ayında ölkəyə pul köçürmələri ilə daxil olan vəsaitin həcmi 306,0 milyon ABŞ dolları (871,2 milyon lari) təşkil edib ki, bu da 2021-ci ilin iyul ayının analoji göstəricisindən 46,8% (97,6 milyon ABŞ dolları) çoxdur.

Milli Bankdan verilən məlumatda, xaricdən Gürcüstana pul köçürmələri ilə daxil olan vəsaitin 97,2%-inin 24 ən böyük tərəfdaş ölkənin payına düşdüyü bildirilir, iyulda bu ölkələrin hər biri üzrə pul köçürmələrinin həcmi 1 milyon ABŞ dollarını ötüb. Bu 24 ölkənin payı ötən ilin iyul ayında ümumi pul köçürmələrinin 92,8%-ni təşkil edib.

2022-ci ilin iyul ayında Gürcüstandan xaricə 27,7 milyon ABŞ dolları (78,8 milyon lari) göndərilib ki, bu da 2021-ci ilin iyul ayının analoji göstəricisindən (26,7 milyon ABŞ dolları) 3,8% çoxdur.