Milli Bank internet dələduzluğu halları ilə əlaqədar istifadəçilərə xəbərdarlıq edir
Milli Bank internet dələduzluğu halları ilə əlaqədar istifadəçilərə xəbərdarlıq edir

 

Gürcüstan Milli Bankı internet dələduzluğu halları ilə əlaqədar istifadəçilərə xəbərdarlıq edir.

Milli Bank vətəndaşları şəxsi və maliyyə, o cümlədən kart məlumatlarını paylaşarkən xüsusilə diqqətli və ehtiyatlı olmağa çağırır.

“Son zamanlarda naməlum şəxslər tərəfindən maliyyə sektorunun istifadəçiləri ilə müxtəlif mobil proqramlar (məsələn, WhatsApp) vasitəsilə əlaqə qurulması, müxtəlif internet saytlarında istifadəçilər tərəfindən satışa çıxarılan əşyaların poçtla göndərilməsi və ya əşyanın qiymətinin bank hesabına ödənilməsi/köçürülməsi təklifinin edilməsinə dair bir sıra hallar qeydə alınıb. Bu şəxslər istifadəçilərə veb səhifələrin keçidlərini göndərərək , onlardan veb səhifəyə kart və/yaxud digər şəxsi məlumatları doldurmağı xahiş edirlərmiş. İstifadəçi tərəfindən bəhsi keçən keçidə şəxsi və/və ya kart göstəricilərinin daxil edilməsindən sonra, kənar şəxslərin əlinə istifadəçinin bank hesablarına daxil olmaq imkanı düşür və nəticədə istifadəçilər maliyyə baxımından zərər görürlərmiş. Bu sxem internet dələduzluğun ən çox yayılmış formalarından biri olan fişinqdir.

Gürcüstan Milli Bankı bir daha vətəndaşları şəxsi və maliyyə, o cümlədən kart məlumatlarını paylaşarkən xüsusilə diqqətli və ehtiyatlı olmağa, bu məlumatları yad şəxslərin təqdim etdiyi şübhəli saytlara daxil etməməyə və bank/kart əməliyyatları həyata keçirməyə cəhd göstərməməyə çağırır.

Əlavə sualların olması halında, 2 406 406 qaynar xətt ilə əlaqə saxlamağınız xahiş olunur.

Xatırlatmaq istərdik ki, Gürcüstan Milli Bankı maliyyə sektorunun istifadəçilərinin hüquqlarını qorumaq üçün vaxtaşırı onlara geniş yayılmış maliyyə fırıldaqçılığı sxemləri ilə bağlı xəbərdarlıq edir və maarifləndirici məlumatlar təqdim edir. Oxşar məzmunlu materiallar Gürcüstan Milli Bankının rəsmi və maliyyə təhsili veb səhifələrinə yerləşdirilib” – deyə Gürcüstan Milli Bankından bildirilib.