Milli Bank - İnflyasiya hədəf göstəricidən aşağı səviyyədə qalır
Milli Bank - İnflyasiya hədəf göstəricidən aşağı səviyyədə qalır

 
İnflyasiya hədəf göstəricidən aşağı səviyyədə qalır – bu haqda məlumatı Gürcüstanın Milli Bankı yayır.

Mərkəzi Bankın məlumatına əsasən, iyulda inflyasiya 1,8% təşkil edib. İyun ayı ilə müqayisədə qiymətlər 0,4% azalıb. Onların verdiyi məlumata əsasən, yerli istehsal məhsullarının qiymət dəyişikliklərindəki meyllər inflyasiyanın hədəfdən aşağı qalmasına şərait yaradır. Xüsusilə, uzunmüddətli iqtisadi faktorların böyük ölçüdə təsir etdiyi yerli inflyasiya 2024-cü ilin əvvəlindən 3%-lik hədəfin altında qalır və iyul ayında daha da azalıb. Bunun əksinə, idxal inflyasiyasının artımı inflyasiyanın artmasına səbəb olur. İstehlak səbətindən yüksək dəyişkənliklə seçilən qida, enerji daşıyıcıları və siqaret qiymətlərini istisna edən baza inflyasiyası 1,1% təşkil edib.

“İyulda keçən ayla müqayisədə istehlak qiymətlərinə ən çox internet ödənişi təsir edib. İnternetin keyfiyyətinin yaxşılaşması qiymətin də müvafiq artımı ilə müşaiyət olunmayıb. Buna görə ayın inflyasiyası 0,2 faiz bəndi azalıb. İllik ifadədə inflyasiyanı ən çox benzinin bahalaşması artırırdı. Keçən ilin iyul ayı ilə müqayisədə benzinin qiyməti orta hesabla 21,3% artmışdı, inflyasiyaya töhfə 0,8 faiz bəndi təşkil edirdi. İnflyasiyanın azalmasını ən çox elektrik enerjisi tarifinin ucuzlaşması şərtləndirirdi. Elektrik enerjisinin tarifi illik 13,2%-lə ucuzlaşıb ki, bu da inflyasiyanı 0,3 faiz bəndi azaldıb. Ərzaq qiymətləri keçən ilin iyul ayının qiymətlərini 1,2%-lə aşıb. Onların arasında ən diqqət çəkəni almanın bahalaşması olub ki, bu da ümumi inflyasiyanı 0,2 faiz bəndi artırırdı, günəbaxan yağının ucuzlaşması isə 0,1 faiz bəndi azaldırdı” – Mərkəzi Bankın hesabatında deyilir.

Yerli inflyasiyaya gəlincə, Milli Bankın dərc etdiyi sənəddə qeyd edildiyi kimi, yerli inflyasiya 1,9%-dək azalıb.

” İnternetin qiymətinin aşağı düşməsi azalmanın əsas səbəbidir. Eyni zamanda, xidmət inflyasiyası azalmağa davam edir. Qarışıq istehsal məhsulları ümumilikdə keçən ilin iyul ayı səviyyəsində idi. Qarışıq inflyasiyaya ən çox antibiotiklərin və elektrik enerjisinin tariflərinin illik ucuzlaşması təsir edir. İdxal olunan məhsulların inflyasiyası 3,7% təşkil edirdi, burada yanacağın qiymətinin bahalaşması ən çox töhfə verirdi. Xidmət inflyasiyası azalma tendensiyasını davam etdirir və iyul ayında 2,9%-dək azalıb. Qeyd etdiyimiz kimi, xidmət inflyasiyasının tədricən azalması daha çox baza effektinin tükənməsi ilə əlaqəlidir. Bundan əlavə, internetin dəyərinin azalması xidmət inflyasiyasının azalmasına əhəmiyyətli dərəcədə (0,9 faiz bəndi) təsir edib” – Milli Bankın hesabatında yazılıb.