Milli Bank - Həyata keçirilmiş nəzarət tədbirləri çərçivəsində sanksiya tətbiq edilmiş şəxsin iştirakı ilə heç bir transaksiya qeydə alınmamışdır
Milli Bank - Həyata keçirilmiş nəzarət tədbirləri çərçivəsində sanksiya tətbiq edilmiş şəxsin iştirakı ilə heç bir transaksiya qeydə alınmamışdır

 
Milli Bank bəzi media vasitələrində Rusiyanın sanksiya tətbiq edilmiş “Sberbank”ının öz hesablarından gürcü banklarına köçürmələr etməyə başlaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Milli Bankın açıqlamasında qeyd edildiyi kimi, Milli Bank maliyyə sektorunun bütün nümayəndələrini mütəmadi olaraq yoxlayır və həyata keçirilmiş nəzarət tədbirləri çərçivəsində sanksiya tətbiq edilmiş şəxsin iştirakı ilə heç bir transaksiya qeydə alınmamışdır.

“Məlumat vermək istərdik ki, 2022-ci ilin 26 fevral tarixində Gürcüstan Milli Bankının göstərişinə əsasən maliyyə sektoruna ABŞ, Böyük Britaniya və Avropa İttifaqının Rusiya və Belarusa qarşı tətbiq etdiyi sanksiyaların tələblərini yerinə yetirmək tapşırılıb. Sanksiyaların tələblərinə əməl olunması və bu baxımdan görüləcək digər tədbirlərlə bağlı müvafiq öhdəliklər, eləcə də Gürcüstan Milli Bankının prezidentinin 5 avqust 2023-cü il tarixli №208/04 saylı “Gürcüstan Milli Bankının nəzarəti altında olan məsul şəxslər tərəfindən sanksiya rejimlərinin icrası qaydası haqqında” əmri ilə müəyyən edilmişdir. Müvafiq olaraq, Gürcüstanın bank sektoru sanksiyalar rejimlərindən yan keçilməsi və prevensiya məqsədilə tədbirlər görməyə borcludur.

Bununla yanaşı, Gürcüstanın “Gürcüstanın Milli Bankı haqqında” üzvi qanunu ilə müəyyən edilmiş səlahiyyət və səriştə çərçivəsində Milli Bank mütəmadi olaraq maliyyə sektorunun bütün nümayəndələrini yoxlayır, bu da digər məsələlərlə yanaşı, sanksiya tələblərinin yerinə yetirilməsinə nəzarəti də əhatə edir. Qeyd edək ki, kommersiya bankları tərəfindən sanksiya tətbiq edilən şəxslərin müəyyən edilməsi və əməliyyatların dayandırılması üçün effektiv mexanizmlər tətbiq edilib. Həyata keçirilmiş nəzarət tədbirləri çərçivəsində sanksiya tətbiq edilmiş şəxsin iştirakı ilə heç bir transaksiya qeydə alınmamışdır.

Milli Bank məsələnin əlavə tədqiqatını həyata keçirir”- məlumatda qeyd olunur.