Gəlirləri olan fiziki şəxslər üçün borcun götürülməsi asanlaşdırılır. Bunu Gürcüstanın Milli Bankı, hökumət və Gəlirlər Xidmətinin oktyabrda işə düşəcək birgə layihəsi nəzərdə tutur.
Milli Bankda bəyan etdiklərinə görə, gəlirin yoxlanılması məcburi olacaq.
Milli Bankda açıqlayırlar ki, qeyd olunan sxem ilə, borcun verilməsi prosesi asanlaşdırılır və eyni zamanda borc alanın vaxt və xərclərərinə qənayət ediləcək. Nəticədə istifadəçi daha sürətli və keyfiyyətli xidmət alacaq.
Bununla yanaşı, Gürcüstan hökumətinin təşəbbüsü ilə, vergilər məcəlləsinə edilən dəyişikliklərə əsasən, 2018-ci ilin iyulun birindən kiçik biznes ilə məşğul olan şəxslər üçün, dövriyyə vergisi bir faizə qədər azaldılır.
Milli Bankın dəyərləndirməsinə görə, qeyd olunan infrastruktur layihə sağlam və ikitərəfli əlaqələyə əsaslanmış kredit əlaqələri istiqaməti üzrə irəliyə doğru atılmış daha bir addımdır.
İlkin mərhələdə layihə ilə kommersiya bankları istifadə edəcəklər.