Milli Bank - borcların dollarlaşdırma göstəricisi 8 faizlik müddəa ilə azaldı
Milli Bank - borcların dollarlaşdırma göstəricisi 8 faizlik müddəa ilə azaldı

Gürcüstanda xarici valyuta borcları ilə əsasən, gəlirləri milli valyuta ilə olan insanlar istifadə edirlər və əksər hallarda onlar tərəfindən valyuta risklərinin nəzərə alınması və idarəsi baş vermir. Bu barədə Gürcüstan Milli Bankının 2017-ci ilin hesabatında deyilir.

Hesabatda deyildiyi kimi, öncəki illərə bənzər olaraq, 2017-ci ildə də Milli Bankın əsas məqsədini dollarlaşdırmanın azaldılması – lariləşdirmənin artırılması təşkil edirdi. Lariləşdirmə isə, Gürcüstan Milli Bankının uzunmüddətli siyasətinin hissəsidir.

Hesabatda, Milli Bankın lariləşdirmənin həvəsləndirilməsi üçün həyata keçirdiyi tədbirlər, o cümlədən 2017-ci ildə Milli Bank tərəfindən hökumət ilə birlikdə lariləşdirmənin 10 müddəalı planın işlənib hazırlanması qeyd olunub. Bunlarn bir hissəsi artıq yerinə yetirilib, bir hissəsi isə həyata keçirilmə prossesindədir. Milli Bankın qeyd etdiyinə görə, lariləşdirmə tədbirləri nəticələri elə 2017-ci ildə bank sistemlərinin göstəricilərində əks olundu – il ərzində borcların dollarlaşdırma göstəricisi 8 faizlik müddəa ilə azaldı, depozitlərin isə – 5 faizlik müddəa ilə.

Mikromaliyyə təşkilatlarına gəldikdə isə, Gürcüstan Milli Bankının məlumatına görə, bir il ərzində onların borclarının dollarlaşdırması 53 faizdən 26 faizə qədər azaldı.

Bununla yanaşı, hesabatda açıqlanıb ki, lariləşdirmənin həvəsləndirilməsi üçün bazarda uzunmüddətli lari ehtiyyatının mövcud olması lazımdır. Bunun üçün isə, kapital bazarının inkişafı önəmlidir.