Milli Bank - biz, kursun uzunmüddətli sabitliyin məqsədindən irəli gələrək hərəkət edəcəyik və lazım olduğu təqdirdə, bütün alətlərdən istifadə edəcəyik
Milli Bank, öz funksiyalarını yerinə yetirərkən, siyasi və ya başqa təziqlərdən müstəqildir və konstitusiya ilə müəyyənləşdirilmiş mandat çərçivəsində fəaliyyət göstərir, – bu barədə Milli Bank tərəfindən yayılmış bəayanatda deyilir.
Bankın bəyan etdiyinə görə, inflasiyanın tarqetləşdirilməsi rejimi şəraitində, mərkəzi bankların məqsədi kursun uzunmüddətli sabitliyidir.
“Lari kursunun qısamüddətli dinamikasına təziqi bir çox faktor göstərir və münasibət də müxtəlif istiqamətlə həyata keçirilməlidir. Biz, kursun uzunmüddətli sabitliyin məqsədindən irəli gələrək hərəkət edəcəyik və lazım olduğu təqdirdə, bütün alətlərdən istifadə edəcəyik ki, inflasiyaya yol verməyək”, – bəyanatda deyilir.