Milli Bank beynəlxalq köçürmələrin ləngiməsi ilə bağlı yayılan məlumatla əlaqədar bəyanat yayır
Milli Bank beynəlxalq köçürmələrin ləngiməsi ilə bağlı yayılan məlumatla əlaqədar bəyanat yayır

 

Gürcüstan Milli Bankı beynəlxalq köçürmələrin ləngiməsi ilə bağlı yayılan məlumatla əlaqədar bəyanat yayır.

“Son dövrlərdə internetdə beynəlxalq köçürmələrin ləngiməsi ilə bağlı məlumatlar yayılıb. Bununla əlaqədar Gürcüstan Milli Bankı izah edir:

Gürcüstanın maliyyə sektoru qlobal maliyyə sisteminin bir hissəsidir. Həm bazarın iştirakçıları , həm də Milli Bank qlobal maliyyə sisteminin bir hissəsi olmaq üçün zəruri olan bütün beynəlxalq normalara və qətnamələrə əməl edir. Kommersiya bankları Avropa və Amerika maliyyə institutları ilə müxbir əlaqələr qurublar və bu əlaqələrin ləngimə olmadan həyata keçirilməsi üçün sanksiya riskinin effektiv idarə edilməsi xüsusi prioritetdir. Məhz bu, maliyyə sektorunun Rusiya Federasiyası və Belarusa qarşı tətbiq edilən beynəlxalq maliyyə sanksiyalarına dərhal qoşulmasını şərtləndirdi.

Genişmiqyaslı beynəlxalq maliyyə sanksiyalarının qüvvədə olması fonunda həm regionda, həm də beynəlxalq səviyyədə risklər artıb. Vasitəçi banklar tərəfindən qanunvericiliyə və beynəlxalq standartlara uyğunluğu təmin etmək üçün ayrı-ayrı tranzaksiyaların öyrənilməsi və əlavə məlumat/sənəd tələb edilməsi vasitəçi banklar üçün müəyyən edilmiş təcrübədir. Bəhs etdiyimiz, vasitəçi bankların ayrı-ayrı tranzaksiyaların öyrənilməsi prosesinə daha çox resurs və vaxt sərf etməsinə səbəb olur ki, bu da risklərin adekvat idarə olunmasını təmin etmək üçün olduqca təbii və qanunidir.

Gürcüstan Milli Bankı maliyyə sektorunun tənzimləyicisi olaraq ölkədə beynəlxalq sanksiyalara əməl olunmasını və qlobal maliyyə sistemi ilə mütəmadi əməkdaşlığı təmin edir” – deyə Gürcüstan Milli Bankının bəyanatında qeyd olunub.