Milli Bank - avqust ayında ərzağın illik inflyasiyası 17.0 faizə qədər artıb
İllik inflyasiya 2021 -ci ilin avqustunda 12,8 %-ə yüksəldi, qiymətlər isə iyul ayına nisbətən 0,7 % artdı. Bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
Mərkəzi Bankdan da qeyd olunduğu üzrə , avqust ayında əvvəlki ayla müqayisədə inflyasiya səviyyəsinə ən çox 0,2 faiz bəndi ilə pendirin bahalaşması təsir edib.
“İllik olaraq yanacaq qiymətləri inflyasiyaya ən böyük təsir göstərdi. Dünyada hərəkətliliyin bərpası ilə neftə olan tələbat artdı və nəticədə qiymətlər də, bu da yanacaq qiymətlərini də bahalaşdırdı. 2020 -ci ilin avqust ayı ilə müqayisədə benzin – 52,0 faiz, dizel isə- 43,9 faiz bahalaşıb. Yanacağın illik inflyasiyaya töhfəsi iyul ayında olduğu kimi avqust ayında da 2.1 faiz bəndi səviyyəsində qorunub saxlanılıb. Kommunal ödənişlərin inflyasiyaya təsiri yenə də 1,7 faiz bəndi olub. Əvvəlki hesabatlarda da qeyd etdiyimiz kimi, bunun səbəbi, böyük ölçüdə, kommunal vergi subsidiyalarının sona çatması və eyni zamanda bəzi kommunal ödənişlərin bir qədər artmasıdır. Ərzaq məhsullarının qiymətlərinin artması qlobal tendensiyadır və bunu Gürcüstanda da görmək olar. İllik ərzaq inflyasiyası avqust ayında 17,0 -% qədər yüksəldi, ümumi inflyasiyaya töhfə isə 4,7 faiz bəndinə yüksəldi. Buradan dünya bazarındakı qiymət artımı səbəbiylə günəbaxan yağının qiymətinin 83,0% artması gözə dəyir, bu da ümumi inflyasiyanı 0,6 faiz bəndi artırdı. Buğdanın qiymətlərinin artması çörəyin qiymətinin 13,3 faiz artmasına və müvafiq olaraq, inflyasiyanın 0,5 faiz bəndi artmasına səbəb oldu. Kartof, pendir, yumurta, toyuq əti və şəkərin bahalaşması ümumi inflyasiyanı ümumilikdə 1,6 faiz bəndi artırdı. Sağlamlıq xidmətlərinin qiymətləri illik 10,9 faiz bahalaşdı, siqaretin isə inflyasiyaya töhfəsi 0,2 faiz bəndi təşkil etdi “-deyə Milli Bankda bildirirlər .
Bununla yanaşı, MB-ın hesabatına görə, illik inflyasiya avqust ayında idxal olunan mallar üçün 18,7%-dək artıb, yerli istehsal malları üçün isə 8,2% təşkil edib. Qarışıq mallar 16,5 % bahalaşıb.