Milli Bank - Apreldə lari ilə verilən kreditlərin həcmi təxminən yarım milyard lari, xarici valyutada isə 295 milyon lari artıb
Gürcüstanın Milli Bankının verdiyi məlumata əsasən, kommersiya bankları tərəfindən verilən kreditlərin həcmi 2024-cü ilin aprel ayında əvvəlki ayla müqayisədə 730,66 milyon lari , yəni 1,36% artıb və aprelin sonunda 54,51 milyard lari təşkil edib.
Milli Bankın verdiyi məlumat üzrə, eyni dövrdə milli valyutada verilən kreditlərin həcmi 435,78 milyon lari, yəni 1,47%, xarici valyutada verilən kreditlərin həcmi isə 294,88 milyon lari, yəni 1,22% artıb.
Bununla yanaşı, Mərkəzi Bankın göstəricilərinə əsasən, kommersiya bankları tərəfindən rezident hüquqi şəxslərə 2024-cü ilin aprel ayının sonunda milli valyutada 8,82 milyard lari kredit verilib, bu da əvvəlki ayla müqayisədə 0,20% azdır, xarici valyutada isə 15,47 milyard lari kredit verilib, bu da əvvəlki ayın göstəricisini 1,71%-lə aşır.
Milli Bankın hesabatına əsasən, 2024-cü ilin aprel ayı ərzində rezident ev təsərrüfatları sektorunun kreditləşməsinin həcmi 1,72%-lə, yəni 481,62 milyon lari artıb və aprelin sonu üçün 28,41 milyard lari təşkil edib. 2024-cü ilin aprel ayının sonu üçün ümumi kreditlərin larizasiya əmsalı 55,25 faiz təşkil edib. Əvvəlki ayın son vəziyyəti ilə müqayisədə 0,06 faiz bəndi artıb.