Milli Bank - apreldə ABŞ-dan köçürülən pul vəsaitləri yüksək templə 36,7 faizlə artıb
2023-cü ilin aprel ayında Gürcüstana köçürülən vəsaitin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,0%-lə artaraq 369,7 milyon ABŞ dolları, Gürcüstandan köçürülən vəsaitin həcmi isə 12,0 faizlə artaraq 28,4 milyon ABŞ dolları təşkil edib. Bu barədə Milli Bankın dərc etdiyi hesabatda qeyd olunur.
Mərkəzi Bankın yaydığı məlumatda aprel ayında Rusiyadan pul köçürmələrinin hələ də yüksək olduğu və 160 milyon ABŞ dolları təşkil etdiyi, bunun da ötən ilin eyni ayı ilə müqayisədə 1,2 dəfə çox olduğu deyilir.
“Aprel ayında region ölkələrindən Türkiyə və Qırğızıstandan pul köçürmələri yenə də, müvafiq olaraq 13,7% və 13,9%-lə artıb, Azərbaycandan pul köçürmələri isə 3,4%-lə azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə Qazaxıstandan köçürülən vəsait bir qədər az, Ukraynadan köçürülən pul köçürmələri isə minimal səviyyədə qalıb. ABŞ-dan köçürülən pul vəsaitləri də yüksək templə (36,7%-lə) artıb. Aprel ayında pul köçürmələrinin əsas mənbəyi Rusiya (43,2%), Aİ ölkələri (29,0%) və ABŞ (9,3%) olub. Avropa İttifaqı ölkələri arasında İtaliya, Yunanıstan və Almaniyanın ümumi pul köçürmələrində yüksək payı diqqətə layiqdir” -deyə Milli Bankın hesabatında qeyd olunur.