Milli Bank - 2023-cü ilin noyabr ayında lari ilə verilən kreditlərin həcmi 423 milyon lari, xarici valyutada isə 649 milyon lari artıb
Milli Bank - 2023-cü ilin noyabr ayında lari ilə verilən kreditlərin həcmi 423 milyon lari, xarici valyutada isə 649 milyon lari artıb

 
Gürcüstan Milli Bankının yaydığı məlumata əsasən, 2023-cü ilin noyabr ayında kommersiya bankları tərəfindən verilən kreditlərin həcmi əvvəlki ayla müqayisədə 1,07 milyard lari və ya 2,14%-lə artaraq noyabrın sonunda 51,19 milyard lari təşkil edib.

Milli Bankın yaydığı məlumata əsasən, həmin dövrdə milli valyutada verilən kreditlərin həcmi 422,98 milyon lari və ya 1,54%-lə, xarici valyutada verilən kreditlərin həcmi isə 649,22 milyon lari və ya 2,87%-lə artıb.

Bununla yanaşı, Milli Bankın göstəricilərinə görə, 2023-cü ilin noyabr ayının sonuna kommersiya bankları tərəfindən rezident hüquqi şəxslərə milli valyutada 8,29 milyard lari kredit verilib ki, bu da əvvəlki ayla müqayisədə 0,94% çoxdur, xarici valyutada isə 14.51 milyard lari miqdarında kredit verilib, bu da əvvəlki ayla müqayisədə 3,37%-lə çoxdur.

Mərkəzi Bankın hesabatına əsasən, 2023-cü ilin noyabr ayı ərzində rezident ev təsərrüfatları sektorunun kreditləşməsinin miqdarı 1,84%-lə, yəni 481,85 milyon lari artıb və noyabrın sonunda 26,60 milyard lari təşkil edib.

2023-cü ilin noyabr ayının sonu üçün ümumi kreditlərin lariləşdirmə əmsalı 54,50 faiz təşkil edib. Əvvəlki ayın sonu ilə müqayisədə 0,32 faiz bəndi azalıb.