Milli Bank - 2023-cü ilin iyun ayında lari ilə verilən kreditlərin həcmi 633 milyon lari, xarici valyutada isə demək olar ki, 1 milyard lari artıb
Milli Bank - 2023-cü ilin iyun ayında lari ilə verilən kreditlərin həcmi 633 milyon lari, xarici valyutada isə demək olar ki, 1 milyard lari artıb

 
Gürcüstan Milli Bankının yaydığı məlumata əsasən, 2023-cü ilin iyun ayında kommersiya bankları tərəfindən verilən kreditlərin həcmi əvvəlki ayla müqayisədə 1,60 milyard lari yəni 3,50%-lə artaraq iyunun sonunda 47,33 milyard lari təşkil edib.

Mərkəzi Bankın yaydığı məlumata əsasən, həmin dövrdə milli valyutada verilən kreditlərin həcmi 633,62 milyon lari və ya 2,50%-lə, xarici valyutada verilən kreditlərin həcmi isə 968,12 milyon lari və ya 4,74%-lə artıb.

Bundan əlavə, Milli Bankın göstəricilərinə əsasən, 2023-cü ilin iyun ayının sonuna kommersiya bankları tərəfindən rezident hüquqi şəxslərə milli valyutada 7,63 milyard lari kredit verilib ki, bu da əvvəlki ayla müqayisədə 3,70 faizlə çoxdur, xarici valyutada isə 13,17 milyard lari kredit verilib ki, bu da əvvəlki ayla müqayisədə 5,81 faizlə çoxdur.

MB-nin hesabatına əsasən, 2023-cü ilin iyun ayı ərzində rezident ev təsərrüfatlarına verilən kreditlərin həcmi 1,95%-lə yəni 480,75 milyon lari artıb, iyunun sonuna isə 25,16 milyard lari təşkil edib.

2023-cü ilin iyun ayının sonuna ümumi kreditlərin lariləşdirmə nisbəti 54,81 faiz təşkil edib. Əvvəlki ayın sonu ilə müqayisədə 0,53 faiz bəndi azalıb.