Milli Bank - 2023-cü ilin aprel ayında lari ilə verilən kreditlərin həcmi 139 milyon lari artıb, xarici valyutada isə 240 milyon dollar azalıb
Gürcüstanın Milli Bankının yaydığı məlumata əsasən 2023-cü ilin aprel ayında kommersiya bankları tərəfindən verilən kreditlərin həcmi əvvəlki ayla müqayisədə 100,18 milyon lari və ya 0,22 faiz azalaraq aprelin sonunda 44,77 milyard lari təşkil edib.
Bankdan verilmiş məlumatda qeyd edildiyi üzrə, eyni dövrdə milli valyutada verilən kreditlərin həcmi 139,19 milyon lari və ya 0,56 faiz artıb, xarici valyutada verilən kreditlərin həcmi isə 239,38 milyon lari və ya 1,20 faiz azalıb.
Bununla yanaşı Milli Bankın göstəricilərinə əsasən 2023-cü ilin aprel ayının sonunda kommersiya bankları tərəfindən rezident hüquqi şəxslərə milli valyutada 7,35 milyard lari həcmində kredit verilib, bu da əvvəlki ayla müqayisədə 0,42% azdır, xarici valyutada 12,06 milyard lari kredit verilib, bu da əvvəlki ayla müqayisədə 3,15 % azdır.
Onların hesabatlarına əsasən 2023-cü ilin aprel ayı ərzində rezident ev təsərrüfatları sektoruna verilən kreditlərin həcmi 0,29% və ya 70,99 milyon lari artıb, aprelin sonunda isə 24,15 milyard lari təşkil edib.
2023-cü ilin aprel ayının sonu üçün ümumi kreditlərin larizasiya nisbəti 55,89 faiz təşkil edib. Əvvəlki ayın son vəziyyəti ilə müqayisədə 0,44 faiz bəndi ilə artıb.