Milli Bank - 2022-ci ilin noyabr ayında beynəlxalq ziyarətçilərin sayı əvvəlki ilə nisbətən 150,5 faiz, səyahətdən əldə edilən gəlir isə 174,9 faiz artıb
Gürcüstan Milli Bankının göstəricilərinə əsasən 2022-ci ilin noyabrında beynəlxalq ziyarətçilərin sayı əvvəlki illə müqayisədə 150,5 faiz artıb. Göstəricilərdə turistlərin sayının ümumi ziyarətçilərin 71,8 faizini təşkil edərək, illik 97,9 faiz artdığı deyilir.
“Sözügedən ayda bir günlük səfərlərin sayı əhəmiyyətli dərəcədə, 8 dəfə artıb. Səyahət gəlirləri artmaqda davam edir və noyabr ayında illik müqayisədə 174,9 faiz artıb. Qeyd etmək lazımdır ki, səyahətdən əldə olunan gəlir böhrandan əvvəlki səviyyəni üstələyir və 2019-cu ilin noyabr ayı ilə müqayisədə 51,2 faiz çoxdur.
Səyahətdən əldə edilən gəlirlərin artımı əsasən Rusiyadan (84,6 faiz bəndi), Türkiyədən (28,6 faiz bəndi), Ukraynadan (16,6 faiz bəndi) və Ermənistandan (8,7 faiz bəndi) gələn gəlirlərin artması ilə bağlıdır”-deyə Milli Bankda açıqlayırlar.