Milli Arxivin əməkdaşları yanğının ayrıca tikilidə baş verdiyini və yanğın nəticəsində heç bir mühüm sənədə ziyan dəymədiyini bildirirlər
Milli Arxivin əməkdaşları yanğının ayrıca tikilidə baş verdiyini və yanğın nəticəsində heç bir mühüm sənədə ziyan dəymədiyini bildirirlər

 
Vaja-Pşavela prospektində, ərazisində yanğının baş verdiyi Milli Arxivin yanına müəssisənin əməkdaşları toplaşıblar.

Onlar yanğın nəticəsində mühüm sənədlərin saxlandığı arxiv anbarına ziyan dəymədiyini söyləyirlər.

Onlar yanğının Milli Arxivin həyətində mühüm sənədlərin saxlanmadığı yardımçı binada baş verdiyini bildirirlər.

“Əsas bina, mühüm sənədlərin saxlanıldığı əsas anbar xilas edilib. Yanğın ona dəyməyib” – arxiv əməkdaşları bildirirlər.

Milli Arxivin həyətindəki ayrıca tikilidə baş verən yanğın lokallaşdırılıb. Hadisə yerinə yanğınsöndürən-xilasedicilər səfərbər olunublar və hazırda yanğının söndürülməsi işləri davam etdirilir