Milli Arxiv Tbilisinin II Beynəlxalq Arxiv Filmləri Festivalını keçirəcək
Milli Arxiv Tbilisinin II Beynəlxalq Arxiv Filmləri Festivalını keçirəcək

 

Gürcüstanın Ədliyyə Nazirliyinin Milli Arxivi 2023-cü ilin 4-7 oktyabr tarixlərində Tbilisinin II Beynəlxalq Arxiv Filmləri  Festivalını keçirəcək.

Milli Arxivdən verilən məlumata əsasən 2023-cü ildə keçiriləcək festivalın mövzusu “Kino Arxiv Xəzinəsi” olacaq.

“Festivalın ziyarətçiləri Milli Arxivin kino zalında Gürcüstanın və xarici ölkələrin arxiv, muzey, kitabxana və ya digər müəssisələrində qorunan kino irsinə baxacaqlar.

Qeyd etmək lazımdır ki, festivalın mövzusu hər il dəyişir.

Tbilisinin Beynəlxalq Arxiv Film Festivalında iştirak etmək istəyənlər müraciəti və təqdim edəcəkləri filmlə bağlı materialı 2023-cü ilin iyunun 30-dək [email protected] elektron poçt ünvanına və ya fiziki formada aşağıdakı ünvana göndərməlidirlər: Gürcüstan Milli Arxivi, Vaja-Pşavela prospekti 1, Tbilisi, Gürcüstan 0160.

Festival haqqında əlavə məlumatı https://archive.gov.ge/ge/saarkivo-filmebis-festivali-1. linkindən əldə edə bilərsiniz”- deyə Milli Arxivdə açıqlayıblar.