Milli Arxiv Otar İoselianinin filmlərinin retrospektiv nümayişinə ev sahibliyi edir
Milli Arxiv Otar İoselianinin filmlərinin retrospektiv nümayişinə ev sahibliyi edir

 
Bu gün Gürcüstanın Ədliyyə Nazirliyinin Milli Arxivində Otar İoselianinin filmlərinin retrospektiv nümayişinin açılışı “Oxuyan qaratoyuq var idi” filmi ilə edilib.

Tədbir rejissorun anadan olmasının 90 illiyinə həsr olunub. Üç gün ərzində tamaşaçılar Milli Arxivin kinoteatrında rəqəmsal şəkildə bərpa edilmiş beş bədii filmə baxacaqlar:

2 fevral, 19:00 – “Oxuyan qaratoyuq var idi” (1970); 3 fevral, 16:00 – “Pastoral” (1975); 18:00 – “Ayın sevimliləri” (1984); 4 fevral, 16:00 – “Qiorqoba ayı” (1966); 18:00 – “Və işıq yaradıldı” (1989).

Qeyd etmək lazımdır ki, Otar İoseliani 2021-ci ildə Gürcüstan Milli Arxivinə 1950-ci ildən 2015-ci ilə qədər Gürcüstan və Fransada çəkilmiş və artıq Milli Arxiv Fondunun bir hissəsinə çevrilmiş 21 sənədli və bədii filmin yüksək keyfiyyətli rəqəmsal nüsxələrini (DCP formatı) verib. Filmlər Fransada skan edilib və rəqəmsal olaraq bərpa edilib.

Retrospektiv nümayişin açılışını Milli Arxivin kino və fotosənədlər mərkəzi arxivinin direktoru Qiorqi Kakabadze edib. Tədbirdə Otar İoselianinin ailə üzvləri, həmkarları və digər dəvət olunmuş qonaqlar iştirak ediblər.

Film nümayişlərində iştirak pulsuzdur.

Məlumatı Milli Arxivin mətbuat xidməti yayır.