Milli Arxiv Dimitri Ğipianinin yubileyi üçün onlayn sərgi hazırlayıb
Gürcüstan Ədliyyə Nazirliyinin Milli Arxivi öz saytında multimedia sərgisini Dimitri Ğipianinin anadan olmasının 210 illiyinə həsr edib.
Gürcüstanın dövlət və ictimai xadimi, publisist və tərcüməçi Dimitri Ğipiani 1814-cü il aprelin 14-də (26) anadan olub. Gürcüstan Milli Arxivində onun həyat və yaradıcılığı ilə bağlı maraqlı materiallar saxlanılır.
Onlayn sərgidə Dimitri Ğipianinin şəxsi və ictimai həyatının mühüm mərhələlərini əks etdirən fotomateriyal, yazılı sənədlər və dövri nəşrlər təqdim olunur. Onların arasında Şekspirin “Venesiya taciri” əsərinin tərcüməsi, gürcülər arasında oxuma və yazmanın Yayılması Cəmiyyətinin yaradılmasına dair sənədlər, Ekzarx Pavleyə məktubu və digər sənədlər var.
Sərgi ilə linkdən tanış olmaq mümkündür.
Məlumatı Milli Arxiv İdarəsinin mətbuat xidməti yayır.