Milli Arxiv, arxiv ərazisində baş verən yanğınla bağlı məlumat yayıb
Milli Arxiv, arxiv ərazisində baş verən yanğınla bağlı məlumat yayıb

Gürcüstan Milli Arxivi, arxiv ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.

“Gürcüstan Milli Arxivinin ərazisində yerləşən binada yanğın baş verib. Binada nitro əsaslı film lentləri saxlanılırdı. Bütün lentlər rəqəmsallaşdırılıb və onların surətləri kinoarxivdə saxlanılır. Yanğın Milli Arxivin digər binalarına keçməyib. Hazırda yanğın lokallaşdırılıb. Yanğın nəticəsində xəsarət alan olmayıb”, – deyə məlumatda bildirilir.

Xatırladırıq ki, yanğın Milli Arxivin həyətində yerləşən binada baş verib.