Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda, Gürcüstan ərazisində güclü yağışın bir neçə saat ərzində davam edəcəyi deyilir
Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda, Gürcüstan ərazisində güclü yağışın bir neçə saat ərzində davam edəcəyi deyilir

 
Milli Ətraf Mühit Agentliyi gözlənilən hava şəraiti ilə bağlı vətəndaşlara xəbərdarlıq edir.

Agentliyin yaydığı məlumatda, Gürcüstan ərazisində güclü yağışın bir neçə saat ərzində davam edəcəyi deyilir.

“Yaxın bir neçə saat ərzində Şərqi Gürcüstanda : Tbilisi, Şida Kartli, Kvemo Kartli, Mtsxeta-Mtianeti, Kaxetinin bəzi rayonlarında güclü yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi və küləyin güclənəcəyi gözlənilir.

Gözlənilən güclü yağış çaylarda suyun səviyyəsinin artmasına, kiçik çaylarda- daşqınlara, təpəlik və dağlıq bölgələrdə sürüşmə və sel proseslərinin formalaşmasına-aktivləşməsinə səbəb ola bilər”-deyə Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda qeyd olunub.