Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Gürcüstanda çətin meteoroloji şəraiti dekabrın 26-sı gününün ikinci yarısına qədər davam edəcək
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, dekabrın 26-sı günün ikinci yarısınadək Gürcüstan ərazisində çətin meteoroloji şərait davam edəcək: güclü qar, güclü külək, duman, çovğun, magistral yollarda buzlama, elektrik təchizatı xətlərində donma; Yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi, dənizdə güclü – altı bala qədər tufan.
Qurumdan verilən məlumata görə, avtomobil yollarının bəzi hissələrində güclü qar, buz, görmə məsafəsinin aşağı olması, çovğun və qar uçqunu təhlükəsi səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.
“Gözlənilən güclü yağıntılar dağ-təpəlik ərazilərdə sürüşmə-daşqın proseslərinin başlamasına – aktivləşməsinə səbəb ola bilər”, – Milli Ətraf Mühit Agentliyi bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev