Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, noyabrın 27-28-də Gürcüstanda yağış, yüksək dağlıq bölgələrdə qar yağacağı gözlənilir
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, noyabrın 27-28-də Gürcüstanda yağış, yüksək dağlıq bölgələrdə qar yağacağı gözlənilir

 
Bu gündən noyabrın 28-dək Gürcüstanda yağış, yüksək dağlıq bölgələrdə bəzi yerlərdə güclü qar yağacağı, qar fırtınasının, qar uçqunlarının olacağı, qərb istiqamətindən güclü küləyin əsəcəyi, dənizdə 5-6 ballıq fırtınanın olacağı gözlənilir-bu barədə Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.

Qurumdan verilmiş məlumatda gözlənilən yağışların Gürcüstan çaylarında suyun səviyyəsinin xeyli artmasına, dağlıq ərazilərdə sürüşmə proseslərinin formalaşmasına-aktivləşməsinə səbəb ola biləcəyi bildirilir.

Milli Ətraf Mühit Agentliyindən verilən məlumata əsasən, dağlıq və yüksək dağlıq bölgələrdə gözlənilən intensiv qar, qar uçqunu və görmə məsafəsinin pisləşməsi səbəbilə avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması gözlənilir.