Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, noyabrın 22-dək Gürcüstanda yağış, yüksək dağlıq bölgələrdə isə qar yağacağı gözlənilir
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, noyabrın 22-dək Gürcüstanda yağış, yüksək dağlıq bölgələrdə isə qar yağacağı gözlənilir

 
Milli Ətraf Mühit Agentliyi noyabrın 20-22-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.

Agentlikdən verilmiş məlumatda bildirilir ki, noyabrın 20-dən noyabrın 22-dək Gürcüstanda yağış, yüksək dağlıq bölgələrdə bəzi yerlərdə güclü qar yağacağı, çovğun olacağı, qar uçqununun mümkünlüyü, güclü qərb küləyinin əsəcəyi, dənizdə 4-5 bal gücündə fırtına olacağı gözlənilir.

“Gözlənilən yağıntılar Gürcüstanın çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmə-sel proseslərinin formalaşması-aktivləşməsinə səbəb ola bilər. Dağlıq və yüksək dağlıq bölgələrdə gözlənilən güclü qar, qar uçqunu təhlükəsi, çovğun və görmə məsafəsinin pisləşməsi ilə əlaqədar avtomobil yollarının bəzi hissələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması mümkündür”-deyə Milli Ətraf Mühit Agentliyindən açıqlanıb.