Milli Ətraf Mühit Agentliyi yaxın saatlarda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir
Milli Ətraf Mühit Agentliyi yaxın saatlarda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.
Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumat üzrə, meteoroloji radarın göstəricilərinə istinadən bu gün, iyunun 10-da yaxın saatlarda günün sonunadək Kvemo Kartli, Şida Kartli, Samtsxe-Cavaxeti, Mtsxeta-Mtianeti və Kaxetinin əksər rayonlarında, eləcə də Tbilisidə yağış yağacağı, bəzi yerlərdə güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi və küləyin güclənəcəyi gözlənilir.
Qurumdan verilmiş məlumata əsasən, gözlənilən yağıntılar Şərqi Gürcüstanın kiçik çaylarında daşqınlara, təpəlik və dağlıq bölgələrdə isə sürüşmə və sel proseslərinin formalaşmasına-aktivləşməsinə səbəb ola bilər. (təhlükə səviyyəsi orta).